Hollivudun məşhur əkizlərindən biri, aktrisa Eşli Olsen gizlicə ərə gedib.
Lent.az xəbər verir ki, 36 yaşlı aktrisa rəssam Lui Eysnerə ərə gedib. Onlar 5 ildir birlikdə yaşayırlar.
Toy mərasimi Los-Anceles şəhərində çox gizli şəraitdə baş tutub.
Mərasimə 50 qonaq dəvət alıb.
Toyun fotoşəkilləri də hələlik mediadan gizli saxlanılır.