Türkiyənin məşhur aparıcısı Serap Paköz estetik əməliyyatı keçirib.
Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Paköz bu barədə İnstaqramda öz şəxsi hesabında paylaşım edib. Ancaq aparıcıya xoş sözlərlə yanaşı, pis şərhlər də gəlib.
Bundan əsəbiləşən Paköz, “Mən kimdən əksiyəm ki? Həkim bir az üzümdə dəyişikliklər etdi. Hələ üstündən 1 saat keçib deyə şişkinlik var... 1 həftədən sonra görüşərik” deyə bildirib.
Qeyd edək ki, aparıcı “fransız asqı” metod ilə üzünü gərdirib.
Sevinc Fərid