Türkiyənin məşhur aktyoru Yiğit Özşener uzun illər sonra ilk dəfə sevgilisi ilə kameralara tuş gəlib.
Lent.az xəbər verir ki, o, sevgilisi ilə birlikdə səhər yeməyi yedikdən sonra Nişantaşında məkanların birinə gedərkən, görüntülənib.
Qeyd edək ki, 50 yaşlı Yiğit Özşener "Ezel" serialındakı "Cengiz Atay" obrazı ilə populyarlaşıb. O, bundan əvvəl evli olub, bir övladı var.