Avstraliya əsilli amerikalı aktrisa Marqot Robbi və Hollivud ulduzu Leonardo Di Kaprionun çəkildiyi “Uoll-strit canavarı” filmindəki bəzi detallar məlum olub.
Lent.az xəbər verir ki, aktrisa erotik səhnələr zamanı çoxlu xəsarət aldığını etiraf edib.
Aktrisa müsahibəsində deyib ki, xüsusən də külli miqdarda pulla birgə Leonardo ilə çarpayıda cinsi əlaqədə olması zamanı aktrisa çox əziyyət çəkib:
"Pullar kürəyimi kəsik-kəsik etmişdi. Heç nə göründüyü qədər asan deyil. Kimsə nə vaxtsa bir yığın pulun üstündə sekslə məşğul olmağı planlaşdırırsa, bunu etməsin. Bəlkə də əsl pul bir az yumşaqdır, amma saxta pul kağız kimidir və insanın dərisini zədələyir. Yataqdan qalxanda sanki nəfəsim kəsildi. Bədənimdə minlərlə xırda kəsik var idi”.
O, xəsarətlərə səbəb kimi saxta pulun çox ağır olduğunu və bədənində çoxsaylı xırda kəsiklər olduğunu göstərib.