Ledi Qaqa
25 fevral 2023 12:57 (UTC +04:00)

Ledi Qaqa

Ledi Qaqa itlərini girov götürənə pul vermədiyi üçün məhkəməyə verildi

Ledi Qaqa itlərə görə məhkəməyə verilib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Ledi Qaqanın itləri 2021-ci ilin fevral ayının sonunda qaçırılıb. Belə ki, naməlum şəxslər heyvanları gəzdirən ifaçının köməkçisinə hücum edərək, onu güllələyib və itləri aparıblar. Daha sonra Ledi Qaqa ev heyvanlarının qaytarılmasına görə 500 min dollar mükafat elan edib və bir neçə gün sonra onlar geri qaytarılıb.

Eyni zamanda, itləri geri qaytaran ABŞ vətəndaşı Cennifer Makbrayd sonradan oğurluqda əli olduğu üçün saxlanılıb və məhkum edilib. Məhkəmə onu oğurlanmış malları gizlətməkdə təqsirli bilib.

İddiada Qaqanın qonorar ödəməyərək Makbraydı aldatdığı iddia edilir. Sənədə görə, Makbrayd 500 min dollar almaması nəticəsində maddi və mənəvi ziyan dəyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2562
avatar

Oxşar yazılar