Xalq artisti Flora Kərimova və Xalq artisti İlhamə Quliyeva
12 avqust 2021 11:40 (UTC +04:00)

Xalq artisti Flora Kərimova və Xalq artisti İlhamə Quliyeva

"İlhamə ərə getmək istəyirdi" - Flora Kərimovadan ŞOK açıqlama

“İlhamə Quliyeva hamilə idi, özü də gizlətmirdi. Paltarını dartırdı ki, halı görünsün. Hər qadın kimi ərə getmək istəyirdi. Onu da bacardı, birinci dəfə Faiq adlı oğlana ərə getdi. Çox yaxşı oğlan idi. Ümumiyyətlə övladı olmalı idi. Xəstəxanaya getdi. İki aydan sonra mən də Zümrüdümlə oradaydım. Çox şeylər eşitdim. Təəssüf ki, xəstəxanaya cüt gəldi, amma tək çıxdı. Bilərəkdən tələf etdi. Çünki həmin adam söz də verməmişdi”.

Lent.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova "Onun sirri" verilişində deyib. Sənətçi mərhum Xalq artisti İlhamə Quliyevanın bunu nə üçün etdiyinə isə belə aydınlıq gətirib:

“Hər bir qadın kimi İlhamə ana olmaq istədi. Düşünürəm ki, ünvansız uşaq dünyaya gətirmək istəmədi. Bəlkə də, perespektivsiz münasibətə görə bunu etdi. Nə qədər acıdil, acıqanlı olsa da, qadındır. O da bir ocaq sahibi olmaq istəyirdi. Ancaq qisməti qismət, xasiyyəti isə xasiyyət deyildi”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9201
avatar

Oxşar yazılar