Əməkdar artist Gülbahar Şükürlü
01 sentyabr 2021 17:07 (UTC +04:00)

Əməkdar artist Gülbahar Şükürlü

Gülbahar Şükürlü koronavirusa yoluxdu

2

Əməkdar artist Gülbahar Şükürlü koronovirus infeksiyasına yoluxub.

Lent.az bildirir ki, bu haqda qarmon ifaçısı özü açıqlama verib. Onun sözlərinə görə, bir neçə gündür hərarəti var, özünü pis hiss edir:

"Üç-dörd gündür narahatam. Dünəndən hərarətim qalxıb. Çox da ağır keçirtmirəm. Müalicələrimə başlamışam. Hələ ki evdə müalicəm davam edir".

Musiqiçi bildirib ki, səhhəti ilə bağlı peyvənd vurdura bilməyib:

"Bilirsiniz ki, başımdan əməliyyat olunmuşam. Onla bağlı müalicə alırdım. Ona görə də vaksin hələ vurdurmağa icazə verilmirdi".(axşam.az)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
2
# 4114

Oxşar yazılar