"Forsaj"ın qəhrəmanı  yaman kökəlib - Hər kəsi təəccübləndirdi
09 sentyabr 2021 07:57 (UTC +04:00)

"Forsaj"ın qəhrəmanı yaman kökəlib - Hər kəsi təəccübləndirdi

Məşhur aktyor Vin Dizelin son görünüşü ilə təəccübləndirib.

Lent.az "axşam.az"a istinadən xəbər verir ki, əzələli bədəni ilə hər zaman diqqət çəkən 54 yaşlı aktyor yaxtada ailəsi və dostları ilə istirahət edərkən görüntülənib. Fotolarda V.Dizelin çəkisi və qarnının çıxdığı diqqətdən yayına bilməyib.

Şəkilləri sosial mediada müzakirə olunan "Sürətli və Qəzəbli" ("Fast and Furious") film seriasının ulduzunun bu halı "sürətli və kök", "sürətli göbək" şəklində şərh olunub. Bəziləri isə bunu pandemiya ilə əlaqələndirərək normal qarşılayıb.

# 4056
avatar

Oxşar yazılar