Türkiyənin tanınmış aktrisası Merve Boluğur təşkilatçı, dicey Mert Aydından boşanıb.
Lent.az xəbər verir ki, məhkəmə bu gün baş tutub. Məlum olub ki, Türkiyənin Beykoz Məhkəməsi onların barəsində 1 saatdan az müddətdə qərar çıxarıb.
Merve məhkəmədən çıxanda jurnalistlərin suallarına cavab verməyib.
Mert isə açıqlamasında deyib: "Olmadı, davam etdirə bilmədik. Merveyə hər şey üçün çox təşəkkür edirəm".
Qeyd edək ki, Merve Boluğur və Mert Aydın bu ilin oktyabr ayında evlənmişdilər. lakin onların evliliyi 40 gün çəkib.