Əməkdar artist Nigar Şabanova koronavirusa yoluxub.
Lent.az-ın məlumatına görə, bu barədə ifaçı özünün İnstaqram profilində paylaşım edib.
O, etdiyi paylaşımda bu sözləri yazıb:
“COVID məndən də yan keçmədi. Dostlar, özünüzü qoruyun. Çox ağırdır, olduqca ağırdır, insanın nəfəsi dayanır, ağrılarına dözmək də bir ayrı çətindir”.
Xatırladaq ki, bir müddət əvvəl N.Şabanovanın valideynləri də koronavirusa yoluxmuşdu.
Nigar Şabanovanın paylaşımı