Aryana Sayeed
12 sentyabr 2021 11:02 (UTC +04:00)

Aryana Sayeed

Əfqan popstarın Taliban DƏHŞƏTİ: “Başımdan vur”

Əfqan popstar yarışmasında münsiflər heyətində yer alan 36 yaşlı Aryana Sayeed, Talibanın Kabili ələ keçirməsindən sonra İstanbula necə qaçdığını anladıb.

Lent.az CNN-ə istinadən bildirir ki, Talibanın nəzarətindən keçmək üçün örtülüb və qucağına tanımadığı bir uşağı alıb.

Sayeed nişanlısına belə deyib: “Əgər Taliban məni götürməyə çalışsa başımdan güllə ilə vur”.

Popstar çox sevdiyi Kabildən filmlərə mövzu ola biləcək bir şəkildə, dəhşətlər içində qaçıb. O, ilk dəfə ölkəsindən bu il avqustun 15-də qaçmaq istəsə də alınmamışdı. İkinci cəhdində isə artıq Taliban hava limanını ətrafını nəzarətə götürmüşdü.

Ölkədən çıxmaq üçün ABŞ əsgərləri əvvəlcə öz vətəndaşlarına üstünlük verirmiş. Sonra onlara böyük bir ulduzun həyatı təhlükədə olduğunu deyiblər.

Beləcə Sayeed ölümdən və Talibanın əlinə keçməkdən qurtulub.

# 8796
avatar

Oxşar yazılar