Dünya şou-biznesində nələr baş verir? - XRONİKA
30 yanvar 2023 19:26 (UTC +04:00)

Dünya şou-biznesində nələr baş verir? - XRONİKA

Maqazin aləmi hər gün yenilənir, yeni xəbərlər gündəm yaradır. Bəs 24 saat ərzində dünya şou-biznesində nələr baş verib?

Lent.az dünyanın maqazin gündəmindən xronikanı təqdim edir.

Məşhur müğənni Sem Smitin yeni təqdim etdiyi “I'm Not Here To Make Friends” klipindəki obrazları müzakirələrə səbəb olub. Homoseksual olduğunu etiraf edən müğənni klipdəki rəngarəng, fərqli əlbisələri ilə gündəm yaradıb. 

“Avroviziya-2023” mahnı müsabiqəsinin yarımfinal püşkatma mərasiminin vaxtı bəlli olub. Yanvarın 31-də baş tutacaq püşkatmada şüar və loqotip də açıqlanacaq.

Kanadalı repçi Dreykin Los-Anceles şəhərindəki malikanəsi qarət edilib. Evdən nəyin oğurladığı barədə məlumat verilməsə də, polis gələnə qədər oğru artıq qaçıb. Sonradan oğru saxlanılıb.

 

Məşhur müğənni Şakiranın keçmiş sevgilisi Jerar Pikenin yeni sevgilisinin hamilə olduğu iddia edilir. Cütlüyün marketdən hamiləlik testi alarkən, göründüklərini iddia edənlər var.

Müğənni, aktrisa Cennifer Lopezin keçmiş həyat yoldaşı, müğənni Mark Entoni nişanlısı Nadya Ferreyra ilə ailə qurub. Cütlüyün toyunda futbolçu Devid Bekhemlə həyat yoldaşı Viktoriya Bekhem, aktrisa Salma Hayek və Lin Manuel Miranda kimi məşhurlar iştirak edib.

Türkiyənin məşhur müğənnisi Kalben Bakıya gələcək. O, paytaxtdakı restoranların birində konsert verəcək. 

Tanınmış müğənni Yusuf Güney qatıldığı "Survivor Türkiye" yarışmasını tərk edib. Onun yarışmanın şərtlərinə tab gətirə bilmədiyinə görə ada ilə vidalaşdığı deyilir. 

Türkiyənin məşhur aktyoru Engin Akyürek və həmkarı Demet Özdemir "Adım Farah" serialı üçün tizer çəkilişi ediblər. Çəkilişdən fotonu təqdim edirik:

Tanınmış aktrisa Funda Eryiğit hamiləlik pozaları verib. O, fotosunu "Instagram" hesabında paylaşıb.


 

# 2478
avatar

Nigar Namiq

Oxşar yazılar