Müğənni Britni Spirsin atası Ceymi Spirsin qəyyumluğundan çıxması üçün növbəti məhkəmə iclası keçirilib.
Lent.az "axşam.az" istinadən xəbər verir ki, ifaçının atası məhkəmədə Britninin yenidən psixiatrik klinikaya yerləşdirmək istədiyini bildirib.
Ceymi eyni zamanda, qəyyumluqdan kənarlaşdırılması üçün heç bir səbəb olmadığını qeyd edib. O, qızına vicdanla baxdığını vurğulayıb.
Ceyminin sözlərinə görə, hazırkı qəyyum Cudi Montgomerison son telefon söhbətində, qızının dərman qəbulundan və həkimlərə getməkdən imtina etdiyi üçün məcburi klinikaya yerləşdirilməli olduğunu təklif edib. Lakin müvəqqəti qəyyum onun sözlərini inkar edib. Cudi və vəkili Ceymsin telefon danışığını öz xeyrinə istifadə etmək üçün təhrif və manipulyasiya etdiyini söyləyib.
Ceymi son iki ildə qızına müdaxilə etmədiyini, çünki onu həyatından sildiyini və yalnız maliyyə məsələləri ilə məşğul olduğunu açıqlayıb.
Məhkəmə ondan 13 il ərzində Britni Spirsin hesablarından çıxardığı pulların hesabatını təqdim etməyi tələb edib.