Rusiyalı repçi, prodüser Alişer Morgenştern və həyat yoldaşı ayrıldıqdan bir il sonra boşanmaq üçün məhkəməyə müraciət ediblər.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, 25 yaşlı repçi 22 yaşlı Dilara Zinatullina ilə ötən il ayrılıb.
Lakin rəsmi boşanmayan cütlük məhkəməyə müraciət edərək birdəfəlik boşanmaq qərarına gəlib.