Müğənni Ayan Babakişiyeva şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib.
Lent.az xəbər verir ki, 33 yaşlı müğənni "MTV maqazin"ə müsahibəsi zamanı ikinci dəfə ailə qurmağı hazırlaşdığını bildirib:
“Mən heç zaman həyatımda kimsənin olması üçün axtarış verməmişəm. Bu gün mənim gözlərimin içi gülürsə, deməli, mən çox xoşbəxtəm. Amma ki, toy mütləq olacaq. Bu danılmazdır. İstəsəm də bunu gizlədə bilmərəm”.
Müğənni hətta toyda geyinəcəyi gəlinliyin modelini seçdiyini də deyib. O, həmçinin hər hansı qərar versə də, qızının bütün mövzulardan öndə olacağını vurğulayıb:
“Təbii ki, mən çox istəyərəm ki, qurduğum yuva, ocaq heç vaxt sönməsin. Ona görə bəlli şeylər var ki, onu yüz ölçüb bir biçirsən. Həyatında cavabdehlik etdiyin bir şəxs olmasa, tək özün olsan istədiyin kimi hərəkət edə bilərsən. Mənim isə övladım var. Ona görə seçimlərimin üstündə çox ölçülər aparıram. Mənim həyatımda olan insan artıq bilir ki, mənim həyatımdadır. Bu qədər bəsit. O bilir ki, mən nə istəyirəm. Mənim standartlarım nələrdir? Bahalı ev, avtomobil, özəl təyyarə istəyirəm? Siz nəyi deyirsiniz? Standartlar yoxdur. Sevdiyim insanın görünüşü barəsində digərlərinin fikri önəmli deyil. Mən sevirəm, istəyirəm və onunla xoşbəxtəm. Bitdi, getdi”,- deyə Ayan bildirib.