Xalq artisti Alim Qasımovun atası Həmzə Qasımov dünyasını dəyişib.
Lent.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat yayıb.
O, "Atam Həmzə haqqın dərgahına qovuşdu. Allah cəmi ölənlərə rəhmət eləsin! Amin", - deyə, paylaşımda yazıb.
Sənətçinin qızı Fərqanə Qasımova Lent.az-a açıqlamasında bildirdi ki, mərhum heç bir xəstəlikdən əziyyət çəkməyib:
"Babamın 95 yaşı var idi. Nə ürəyində, nə də ümumi heç bir xəstəliyi yox idi. Artıq ölüm haqlamışdı. Allah rəhmət eləsin".
Allah rəhmət etsin!