Müğənni Röya: “Anarla birlikdə uşağa ad seçmişik” - MÜSAHİBƏ
Müğənni bu barədə “show.az” saytına müsahibə verib.
- Röya birdən efirdə çox olur, birdən də, yoxa çıxır.
- İndi həyatımın elə çağıdır ki, etdiyim hər şey həvəslə bağlıdır. Əgər efirə çıxmağa həvəs yoxdursa, heç kim məni məcbur edə bilməz. Daha çox ailəmə vaxt sərf edirəm.
- Toyuna qədər olan şübhələri qəflətən dağıtdın. Sonra da uşaqla bağlı söz-söhbətlər yayıldı. Bəlkə də, özünü gizlətməyin şayiələrə rəvac verir.
- Toydan sonra özünə gələ bilməyənlər, uşaq haqqında danışdılar. Boş söz-söhbətlər mənimçün maraqsızdır. Uşaq mənə, həyat yoldaşıma lazımdır. Bu bizim şəxsi işimizdir. Camaatın işi-gücü qurtarıb ki, mənim ana olub, olmayacağımı müzakirə edir. Ümumiyyətlə, hamiləlikdən danışmağa utanıram. Belə sualların üstündən keçməyə üstünlük verirəm.
- Yaxşı, bu barədə çox danışmayaq. Amma dəqiq informasiya verilməsə yenə də müxtəlif söz-söhbətlər gəzəcək. Neçə aylıq hamiləsən?
- Üç ay tamam olub, dördüncü ayın içindəyəm. Konsertə hazırlaşdığım vaxtlarda, elə konsert olan ərəfədə də, məni çox incitdi. Gəlməmiş əziyyət verir də. (gülür)
- Bəs, cinsi ilə maraqlanmısan? Oğlan, ya qız olmasını istəyirsən?
- İnan ki, yox. Allahın payı nə olacaqsa qəbulumuzdu. Bəlkə də, gələcəkdə maraqlandım. Amma hələ ki, ehtiyac görmürəm.
- Maraqlıdır, ad fikirləşmisən? Bəlkə, Anar hansısa ad seçib indidən.
- Hə, hardan bildiz? (təəccüblənir) Anarla uşağa ad seçmişik, amma deməyəcəm. Bu, ərimlə mənə məxsusdur. Biz hətta, onunla söhbət də edirik. Bircə onu deyə bilərəm ki, daha çox oğlan adı ilə müraciət edib, ürəyimizi boşaldırıq. Mən hirslənəndə onu söyürəm də, yaxşı əhvalım olanda əzizləyirəm.
- Yəqin ki, şəxsi həkimin var. Uşağın inkişafı ilə bağlı həkim nə deyir? Nə vaxt dünyaya gələcək?
- Bir həkimim var. Allaha şükür, hər şey yaxşıdır. Əgər, tələsməsə, ya da gecikməsə sentyabrda dünyaya gələcək. (gülür)
- Röya, necə ana olacaq? Laylay deməyi bilirsən?
- Ouuu, həm də necə laylay deyirəm. Özü də mənim səsimdə laylay çox yaxşı alınır. Necə ana olacağımı indidən deyə bilmərəm. Anaların pisinə də, yaxşısına da qurban olum!

2843