Rusiya İstintaq Komitəsi azərbaycanlı milyonçu Telman İsmayılova rəsmi ittiham irəli sürüb.
Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, o, müğənni Avram Russonun qətlini sifariş etməkdə günahkar bilinir.
Xatırladaq ki, 2006-cı ilin avqustunda Avrom Russoya qarşı sui-qəsd hazırlanmışdı. Onun idarə etdiyi maşın küçədə güllələnmişdi. Müğənni 4 güllə yarası almışdı.