Qadın rayonda  narkotik satanda   tutuldu
06 yanvar 2022 11:59 (UTC +04:00)

Qadın rayonda narkotik satanda tutuldu

Kürdəmirdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 2 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdiyi tədbirlərlə rayon sakini T.Həşimov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılarkən iki büküm narkotik maddə olan heroin aşkar edilib.

T.Həşimov ifadəsində narkotik maddəni rayon sakini olan bir qadından aldığını bildirib.

Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxsə heroin satan L.Ağayeva da saxlanılaraq istintaqa təqdim edilib. Onun üzərindən də heroin aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Kürdəmir rayon Polis Şöbəsində araşdırmalara başlanılıb, narkotik vasitələrin mənbəyinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

# 1713
avatar

Mehman Nəbiyev

Oxşar yazılar