Bakıda 20 yaşlı Sevil Atakişiyevanın intihar etməsinin səbəbi hələ də açıqlanmamış qalır.
Lent.az xəbər verir ki, gənc qızın intihar etməzdən öncə son görüntüləri yayılıb. Yayılan fotoda Sevilin binanın həyətindən keçdiyi əks olunub.
Qeyd edək ki, Sevilin intihar etdiyi 11/43 saylı bina Xətai rayonu, Yeryemenko küçəsində, “Sevgililər parkı”nın yanında yerləşir. Məlumata görə, o, həmin binada yaşamırmış və binanın girişindəki mühafizəçiləri aldadaraq həyətə daxil olub.
Bu barədə əvvəl verdiyimiz qısa reportajda məlumat ala bilərsiniz.