Bakıda özünü binadan atan gənc qızla bağlı  YENİ XƏBƏR  - FOTOLENT
19 fevral 2021 14:08 (UTC +04:00)

Bakıda özünü binadan atan gənc qızla bağlı YENİ XƏBƏR - FOTOLENT

Bakıda 20 yaşlı qız özünü hündürmərtəbəli binadan atıb.

Lent.az-ın əməkdaşı faktla bağlı ətraflı məlumat öyrənmək üçün hadisənin baş verdiyi Xətai rayonundakı “Sevgililər parkı”nın yaxınlığındakı həmin ərazidə olub. Sakinlərindən əldə etdiyimiz məlumata görə, 20 yaşlı S.Atakişiyeva həmin binada yaşamayıb.

Fevralın 18-də axşam saat 7 radələrində Yeryemenko küçəsindəki 11/43 saylı binaya gəlib. O, binanın sonuncu blokundan içəri daxil olaraq, 20-ci mərtəbəyə qalxıb. Blokdakı eyvana çıxaraq, intihar edib. S.Atakişiyeva həyətdəki “Fiat” markalı avtomobilin üzərinə düşüb.

İntiharın səbəbi hələ ki məlum deyil.

Hazırda faktla bağlı Xətai rayon Prokurorluğunda araşdırma aparılır.

# 15519
avatar

Mehman Nəbiyev

Oxşar yazılar