Cəlilabad rayonunda zəncirvarıı yol-nəqliyyat hadisəsi baş verib, 2-i azyaşlı olmaqla, 3 nəfər xəsarət alıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
"Toyota Prius" markalı minik avtomobili əvvəlcə "VAZ-21099", daha sonra "VAZ-2107" markalı minik avtomobilləri ilə toqquşub.
Qəza nəticəsində 3 nəfər - 66 yaşlı Beytulla Mirzəyev, 5 yaşlı S. Diniyev və K. Diniyev xəsarət alıblar.