Astarada ağır qəza: Sürücü öldü,  oğlu və nəvələri yaralandı - YENİLƏNİB
20 sentyabr 2026 13:14 (UTC +04:00)

Astarada ağır qəza: Sürücü öldü, oğlu və nəvələri yaralandı - YENİLƏNİB

0

Astarada ağır yol nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə rayonun ucqar dağ kəndi olan Təxtənəkəranda qeydə alınıb.

Belə ki, hərəkətdə olan, Masallı rayon sakini Samid Həmidovun idarə etdiyi "Ford Transit" markalı yük avtomobili, qarşıdan gələn Astara rayonunun Miki kənd sakini  69 yaşlı Gülağa  Əliyevin idarə etdiyi "Niva" markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Toqquşmadan sonra "Ford Transit" markalı yük avtomobili yoldan çıxaraq aşıb. Qəza nəticəsində "Niva" markalı nəqliyyat vasitəsinin sürücüsü Gülağa Əliyev və avtomobildə sərnişin qismində olan, sürücünün oğlu Astara rayonunun Rinə kənd sakini 46 yaşlı Rüstəm  Əliyev, eləcə də sürücünün nəvələri 19 yaşlı  Elvin Əliyev və 18 yaşlı Şəhram Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar. Vəziyyətləri daha ağır olan  Gülağa Əliyev və Rüstəm Əliyev reanimasiya şöbəsinə yerləşdiriliblər.

Həkimlər onlara dəqiqləşdirilməmiş kəllədaxili travma diaqnozu təyin ediblər.

Həkimlərin səylərinə baxmayaraq Nivanın sürücüsü Gülağa Əliyevin həyatını xilas etmək mümkün olmayıb. O, reanimasiya şöbəsində ölüb.

Onun meyiti daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.

İlkin məlumata görə "Ford Transit" markalı nəqliyyat vasitəsinin əyləc sistemində nasazlıq yaranıb və onun "Niva" ilə toqquşması qaçılmaz olub.

Qəzada "Ford Transit"in sürücüsü xəsarət almayıb.

Qeyd edək ki, sözügedən yol enişli-yoxuşludur. Dağdan enən və 11 baş iribuynuzlu mal-qaranı iki yük avtomobili ilə daşıyan nəqliyyat vasitələrindən digəri isə idarəetməni itirərək vətəndaşa məxsus həyətyanı sahəyə girib. Həyətdə olan nəqliyyat vasitəsinə ciddi ziyan vurub. Onu da bildirək ki, yük avtomobillərində olan 11 baş iribuynuzlu mal-qaradan biri ölüb, digərləri isə kənd ərazisinə qaçıblar.

Faktla bağlı araşdırma aparılır.

***

saat 03.12

Astarada baş verən ağır yol-nəqliyyat hadisəsində xəsarət alaraq reanimasiya şöbəsinə yerləşdirilən sürücünün həyatını xilas etmək mümkün olmayıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, Astara rayonunun Təxtənəkəran kəndində baş verən qəzada ağır xəsarət alan Miki kənd sakini, 1957-ci il təvəllüdlü Gülağa Ağahəsən oğlu Əliyev müalicə aldığı xəstəxanada ölüb.

Qeyd edək ki, qəza nəticəsində onun oğlu Rüstəm Əliyev də ağır xəsarət alıb və reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma davam etdirilir.

 

***
21:36

Astarada ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə rayonun ucqar dağ kəndi olan Təxtənəkəranda qeydə alınıb.

Samid Həmidovun idarə etdiyi “Ford Transit” markalı yük avtomobili qarşıdan gələn, Astara rayonunun Miki kənd sakini, 1957-ci il təvəllüdlü Gülağa Ağahəsən oğlu Əliyevin idarə etdiyi “Niva” markalı avtomobillə toqquşub. Toqquşmadan sonra “Ford Transit” yoldan çıxaraq aşıb.

Qəza nəticəsində “Niva”nın sürücüsü Gülağa Əliyev və avtomobildə sərnişin qismində olan oğlu, Astara rayonunun Rinə kənd sakini, 1980-ci il təvəllüdlü Rüstəm Gülağa oğlu Əliyev, eləcə də Rinə kənd sakinləri – 2007-ci il təvəllüdlü Elvin Fərhad oğlu Əliyev və 2008-ci il təvəllüdlü Şəhram Rüstəm oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar. Vəziyyətləri daha ağır olan Gülağa Əliyev və Rüstəm Əliyev reanimasiya şöbəsinə yerləşdiriliblər. Həkimlər onlara dəqiqləşdirilməmiş kəllədaxili travma diaqnozu qoyublar.

İlkin məlumata görə, “Ford Transit” markalı avtomobilin əyləc sistemində nasazlıq yaranıb və nəticədə onun “Niva” ilə toqquşması qaçılmaz olub.

Qəza zamanı “Ford Transit”in sürücüsü xəsarət almayıb.

Qeyd edək ki, hadisənin baş verdiyi yol enişli-yoxuşludur.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2020

Oxşar yazılar