Binəqədi rayonu, Binəqədi qəsəbəsinin Cəfər Cabbarlı küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub.
AYNA-dan Lent.az-a verilən məlumata görə, məhdudiyyət səbəbindən 133 və 170 saylı müntəzəm marşrutların hərəkət sxemləri dəyişdirilib.
Təmir işləri yekunlaşanadək 133 saylı marşrutun son dayanacağı Gülməmməd Ramazanov küçəsində təyin edilib. 170 saylı marşrutun hərəkəti isə Binəqədi qəsəbəsinin Fəhlə küçəsi ilə təmin olunur.