Argentinada günəş enerjisindən istifadə edən ilk qatar sərnişin daşınmasına başlayıb.
Lent.az xəbər verir ki, “Tren Solar de la Quebrada” adlı qatar And dağları boyunca yerləşən marşrutda fəaliyyət göstərir.
Qatarın hərəkəti üçün günəş panelləri vasitəsilə əldə edilən enerji batareyalarda toplanır. Sistem qatarın ənənəvi yanacaqdan istifadə etmədən işləməsinə imkan verir.
Layihə həm ekoloji cəhətdən daha təmiz nəqliyyat vasitəsinin tətbiqi, həm də günəş enerjisinin nəqliyyatda istifadəsi baxımından diqqət çəkib.
Qatarın keçdiyi marşrut Argentinanın turizm baxımından məşhur ərazilərindən biri hesab olunur.