Beyin siqnalları ilə kompüter idarə ediləcək
21 sentyabr 2026 02:59 (UTC +04:00)

Beyin siqnalları ilə kompüter idarə ediləcək

0

 

Türkiyənin Karabük Universitetində insanın beyin siqnallarından istifadə etməklə kompüter və elektron sistemləri idarə etməyə imkan verən layihə hazırlanıb.

Lent.az xəbər verir ki, TÜBİTAK tərəfindən dəstəklənən layihədə beynin vizual stimullara reaksiyası xüsusi cihaz vasitəsilə qeydə alınır və bu siqnallar kompüter tərəfindən əmrlərə çevrilir.

Beləliklə, istifadəçinin fiziki hərəkət etmədən müəyyən əmrləri yerinə yetirməsi mümkün olur.

Tədqiqatçılar sistemin xüsusilə hərəkət imkanları məhdud insanlar üçün faydalı ola biləcəyini bildirirlər.

Layihənin digər diqqətçəkən tərəfi isə prototipin təxminən 50 dollara başa gəlməsidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 176

Oxşar yazılar