Türkiyə futbolunda tarixi YENİLİK:  Komandaya 22 yaşlı qadın  məşqçilik edəcək
09 sentyabr 2026 12:31 (UTC +04:00)

Türkiyə futbolunda tarixi YENİLİK: Komandaya 22 yaşlı qadın məşqçilik edəcək

0

Tarixində ilk dəfə Super Həvəskarlar Liqasına düşən “Turqutluspor”a 22 yaşlı Zeynep Mestanı baş məşqçi təyin edilib. Klubun qərargahında müqavilə imzalayan Mestan, komandanın tarixində ilk qadın baş məşqçi olub.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, yeni mövsümdə Super Həvəskarlar Liqasında mübarizə aparacaq komanda baş məşqçisi ilə bağlı əlamətdar bir qərar verib. “Turqutluspor” rəhbərliyi Zeynep Mestanı komandanın yeni baş məşqçisi təyin edib.

Klubun qərargahında keçirilən mərasimdə müqavilə imzalayan Mestan “Turqutluspor”un ilk qadın baş məşqçisi kimi tarixə düşüb.

İzmirdə anadan olan Zeynep Mestan əvvəllər qadın həvəskar liqalarında futbol oynayıb. Futbol karyerası ərzində Bornova komandalarında oynayan Mestan, qarşıdakı mövsümdə “Turgutluspor”un baş məşqçisi vəzifəsini icra edəcək və onların uğur qazanmasını hədəfləyəcək.

Ötən mövsüm Regional Həvəskarlar Liqasında mübarizə aparan “Turqutluspor” liqanı 10-cu yerdə başa vurub. Komanda bu mövsüm tarixində ilk dəfə Super Həvəskarlar Liqasında mübarizə aparacaq.

22 yaşlı Zeynep Mestanın komandanın baş məşqçisi təyin olunması ilə “Turqutluspor”un tarixində yeni bir dövr başlayıb. Mestan həm gənc yaşı, həm də “Turqutluspor”un ilk qadın baş məşqçisi olması ilə diqqət çəkib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 236

Oxşar yazılar