Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Şəhərin Nizami Gəncəvi prospektində "Hyundai" markalı minik maşını yolu keçmək istəyən orta yaşlı qadını vurub.
Xəsarət alan piyada xəstəxanaya yerləşdirilib, onu xilas etmək mümkün olmayıb./ APA