Həbsdən çıxan kimi dayısını 20 bıçaq zərbəsi  ilə öldürdü - MƏHKƏMƏDƏN VİDEO
13 fevral 2026 17:27 (UTC +04:00)

Həbsdən çıxan kimi dayısını 20 bıçaq zərbəsi ilə öldürdü - MƏHKƏMƏDƏN VİDEO

0

Bakıda dayısını qətlə yetirməkdə təqsirləndirilən Rəhim Qasımovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 
 
Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə keçirilən iclsada mərhumun arvadı Qumru Hüseynova ifadə verib.

O bildirib ki, təqsirləndirilən şəxs onun baldızının oğludur. Hadisə günü anasıgilə gedib, artıq gecə saatlarında ona polisdən məlumat veriblər ki, əri qətlə yetirilib.

Məhkəmədə təqsirləndirilən şəxslə mərhumun arvadı arasında qısa mübahisə yaranıb.

Qadın məhkəmə zalında yoldaşına 20-dən artıq bıçaq zərbəsi vurulduğunu bilib və Rəhim Qasımova qanuna müvafiq cəza verilməsini xahiş edib. 
 
Daha sonra iş üzrə şahidin ifadəsi dinlənilib.
 
Məhkəmənin növbəti iclası martın 6-na təyin olunub.
 
Xatırladaq ki, məlum qətl hadisəsi ötən il avqustun 20-də «8 Noyabr» küçəsində qeydə alınıb. Oradakı evlərdən birində üzərində çoxsaylı bıçaq xəsarətləri ilə olan kişi meyiti tapılıb. Araşdırmalar zamanı meyiti tapılan şəxsin 1965-ci il təvəllüdlü Firdovsi Həsənov olması müəyyən edilib.  

Şübhəli şəxs qismində Rəhim Qasımov saxlanılıb.

Araşdırma zamanı o da məlum olub ki, Qasımov əvvəllər məhkum olunub və yaxınlarda azadlığa çıxıb. Mərhum isə yük avtomaşının sürücüsü işləyib.
 
İstintaq orqanı tərəfindən Rəhim Qasımova CM-nin 120.1-ci (qəsdən adam öldürmə), 157.1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) və 234.1-ci (satış məqsədi olmadan narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama və daşıma) maddəlləri ilə yekun ittiham verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 380

Oxşar yazılar