“Facebook” qatili: O, 7 qadını   belə öldürdü
10 iyun 2022 10:04 (UTC +04:00)

“Facebook” qatili: O, 7 qadını belə öldürdü

Meksikada son aylarda qadınlar qəribə şəkildə yoxa çıxmağa başlayıb. Evdən çıxan və bir daha geri dönməyən 7 qadının tək ortaq nöqtəsi isə “Facebook” olub. Ölkədəki kino kimi hadisənin üstü polisin araşdırması ilə açılıb. 

Lent.az  xəbər verir ki, Viridiana Moreno Vasquez Meksikada itkin düşən 7 qadından birincisi olub. 

Vasquez keçən ay Verakruz əyalətində iş müsahibəsinə getdikdən sonra geri qayıtmayıb. Sonra 31 yaşlı qadının “Facebook” sosial şəbəkəsində tanımadığı biri ilə iş müsahibəsi üçün görüşdüyü və otelə getdiyi, sonra isə yoxa çıxdığı öyrənilib. 

Bir neçə gün sonra onun cansız bədəni tapılıb. Qadının şəxsiyyəti DNT testi ilə müəyyən edilib.

Daha sonra Morelos əyaləti polisləri aprel ayında iş axtaran 22 yaşlı tələbənin də öldürüldüyü xəbərini yayıb. Araşdırmalar zamanı həmin qızın da “Facebook”dakı iş elanı üçün müsahibəyə getdiyi ortaya çıxıb. O da son dəfə naməlum şəxslə bir kafedə görünüb. 
3 gün sonra isə döyülmüş, cinsi istismara məruz qalmış və boğularaq öldürülmüş şəkildə meyiti tapılıb. 

Beləliklə, hər iki qadının ictimai yerlərdə, şübhəli şəkildə yoxa çıxması polisi şübhələndirib. Bu qadınların öldürülməsində ortaq nöqtə isə “Facebook” idi. Hər iki qadının burada tapdıqları işlə bağlı müsahibələrdən sonra itkin düşdükləri məlum olub. 

Kamera görüntüləri vasitəsilə qatili polis yaxalayıb. 
Amma onun kimliyi barəsində hələ ki məlumat verilmir. Çünki bu cinayətkar daha 5 qadının öldürülməsində şübhəli bilinir.  

Hazırda istintaq davam edir. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3276
avatar

Sevinc Fərid

Oxşar yazılar