Rusiyanın Yekaterinburq şəhərində 32 yaşlı çoxuşaqlı anası 24 yaşlı yoldaşı tərəfindən şiddətli döyülərək xəstəxanada ölüb.
Lent.az yerli mediaya istinadla xəbər verir ki, mayın 12-nə keçən gecə 4 uşaq anası və iki yaşlı qızı şiddətli döyülüb. Qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Qız çoxlu qançırlar alıb, lakin ciddi xəsarət olmayıb. Qadının əri, 24 yaşlı gənc hadisədə günahlandırılıb. 2018-ci ildə oğlan ağır bədən xəsarəti yetirdiyinə görə, artıq cinayət məsuliyyətinə cəlb edilib. O, il yarım əvvəl həbsdən azad edilib.
Çoxuşaqlı ana 12 gün xəstəxanada qalıb. Mayın 24-ü səhər saatlarında onun vəfatı barədə ailəsinə məlumat verilib. Qadının anasının sözlərinə görə, qızına kəllə-beyin travması diaqnozu qoyulub, ona görə də kraniotomiya əməliyyatı edilməsinə qərar verilib. “Sağ gözünü aça bilmirdi, bütün üzü əzilmiş, sağ tərəfi isə tamamilə hərəkətsiz qalmışdı” deyə anası bildirib.
Mürəkkəb əməliyyatdan sonra xəstə reanimasiyadan neyrocərrahiyyəyə keçirilməli olsa da, həkim meningitin inkişaf etməyə başladığını söyləyib. Səhər xəstəxanadan zəng edib qadının öldüyünü bildiriblər. Dörd uşaq da nənələrinin yanındadır, 24 yaşlı şübhəli isə həbsdədir.
Hüquq-mühafizə orqanlarının əməkdaşları Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci “Qəsdən sağlamlığa ağır zərər vurma” və 116-cı “Döymə” maddəsi ilə iki cinayət işi açıb. Qadının ölüm xəbərindən sonra maddələrin ağırlaşdırılacağı gözlənilir.