Dəniz mənzərəli ev vədi Kərimə baha başa gəldi - MƏHKƏMƏ
14 iyul 2026 17:41 (UTC +04:00)

Dəniz mənzərəli ev vədi Kərimə baha başa gəldi - MƏHKƏMƏ

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə vətəndaşa qarşı külli miqdarda dələduzluqda təqsirləndirilən Kərim İbadova hökm oxunub.

Lent.az xəbər verir ki, məhkəmə tərkibi təqsirləndirilən Kərim İbadovun 11 il azadlıqdan məhrum edilməsini elan edib.

Dövlət ittihamçısı Babaxan Həsənəliyev təqsirləndirilən K.İbadovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Xatırladaq  ki, ittihama görə Kərim İbadov zərərçəkən N.Məmmədovaya dəniz mənzərəli ev alacağı vədi verərək ondan 511 min 500 manat pul alıb, lakin vədinə əməl etməyib.

Kərim İbadova qarşı olan Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Onu da qeyd edək ki, Kərim İbadovun Naxçıvanın sabiq deputatı Rza İbadovun qohumu olduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 302

Oxşar yazılar