Belarusun paytaxtı Minskdə məhkəmə “qanuni oğru” Paşteti 3 il azadlıqdan məhrum edib.
Lent.az xarici mediaya istinadən bildirir ki, Minskdə məhkəmə “Paştet” ləqəbli “qanuni oğru” Pavel Alekseeviçə və onun tərəfdarlarına Belarusun “Saşa Kuşner” ləqəbli əsas “qanuni oğru”su Aleksandr Kuşnerovun klanının nümayəndəsini döydükləri üçün cəza kəsib. Bu barədə Daxili İşlər Nazirliyinin “Telegram” kanalında məlumat verilib.
Hücumun təşkilinə görə “Paştet” 3 il, dəstə üzvləri isə xuliqanlıq ittihamı ilə 2 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 2021-ci il avqustun sonunda baş verib. “Paştet”in dəstəsi əsas “qanuni oğru” Kuşnerin qəbiləsindən olan 40 yaşlı kişini döyüb. Daxili İşlər Nazirliyində insident cinayətkar dairənin təsir dairələrinin yenidən bölüşdürülməsi cəhdi kimi qiymətləndirilib.
Pavel Alekseeviç