Azərbaycanlı oğlan biznesmen atasını vəhşicəsinə öldürüb,  özünü binadan atdı
17 may 2024 19:06 (UTC +04:00)

Azərbaycanlı oğlan biznesmen atasını vəhşicəsinə öldürüb, özünü binadan atdı

Rusiyanın Moskva şəhərində azərbaycanlı biznesmen qətlə yetirilib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə bu gün səhər saatlarında şəhərin cənub-şərqində qeydə alınıb. Qətlə yetirilən 69 yaşlı Əşrəf Fəttahov bir sıra iri müəssisələrin direktorlar şurasında çalışıb.

Məlumata görə, o, məişət zorakılığının qurbanı olub. Moskva Dövlət Universitetinin fizika fakültəsinin məzunu olan Fəttahov müxtəlif vaxtlarda Egvekinot dəniz limanının, “Spetsstroyexploitation” şirkətinin və Ural Geoloji Ekspedisiyasının direktorlar şurasının sədri olub. Fəttahov həm də Mərkəzi Elmi-Tədqiqat Metallurgiya və Materiallar İnstitutunun, eləcə də “Qazprom”un Bryansk filialının direktorlar şurasının üzvü olub.

Qətldə şübhəli bilinən Fəttahovun oğlu, 30 yaşlı Fərid adına Neft və Qaz İnstitutunu bitirib.

İlkin versiyaya görə, Fərid Fəttahov atasını döyərək öldürüb, sonra özünü binadan atıb. Onu bu gün saat 4:50-də yaşadığı Bratislavskaya küçəsindəki evin həyətində yerdə uzanıqlı halda tapıblar. O, xəstəxanaya aparılıb. Daha sonra hüquq-mühafizə orqanlarının əməkdaşları mənzili açıb və atasının meyitini aşkar ediblər.

İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin rəisinin böyük köməkçisi Yuliya İvanovanın məlumatına görə, paytaxt İstintaq Komitəsinin müstəntiqləri hadisə yerində bütün halların müəyyənləşdirilməsinə yönəlmiş yoxlama işləri aparırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7674
avatar

Oxşar yazılar