Azərbaycanda qardaş bacısını  ÖLDÜRDÜ
14 iyul 2022 16:15 (UTC +04:00)

Azərbaycanda qardaş bacısını ÖLDÜRDÜ

Tərtərdə qətl hadisəsi olub.

Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, iyulun 14-ü saat 13 radələrində Tərtər-Şıxarx yolunun kənarında 40 yaşlı Leyla Mustafayevanın öldürülməsi barədə məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin qardaşı 26 yaşlı Aqil Mustafayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Leyla Mustafayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Aqil Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

# 3501
avatar

Mehman Nəbiyev

Oxşar yazılar