Dövlət Statistika Komitəsi ötən ay nəqliyyat sektorunda tariflərin dəyişməsi haqqında məlumat yayıb. Komitədən Lent.az-a verilən məlumata görə, ötən ay əvvəlki ayla müqayisədə nəqliyyat sektorunda sərnişindaşıma tarifləri 0,1 faiz ucuzlaşıb, yükdaşıma tarifləri 2,1 faiz bahalaşıb.
Dəmir yolu nəqliyyatında MDB ölkələrinə sərnişindaşıma tarifləri 6,2 faiz, hava nəqliyyatında MDB ölkələri üzrə sərnişindaşıma tarifləri 1,0 faiz ucuzlaşsa da, digər xarici ölkələr üzrə isə 1,3 faiz bahalaşma müşahidə olunub.
Dəniz və avtomobil nəqliyyatında yükdaşıma tarifləri də ucuzlaşıb.