Bu ilin yeddi ayı ərzində “Azəriqaz” İB-nin Layihə-Konstruktor Bürosu tərəfindən 3111 layihə-smeta sənədi hazırlanaraq, Birliyə və digər sifarişçilərə təhvil verilib. Bu barədə Lent. az-a qurumdan məlumat verilib. Həmçinin, 102-i fərdi yaşayış evləri, 553-ü kənd və qəsəbələrin qazlaşdırılması, 672-i obyektin təmiri, 1752-i sənaye və kommunal, məişət obyektləri və qeyri-yaşayış sahələri, 32-i inzibati binalar, anbar binaları və s. tikinti sahələri üzrədir.
Qeyd olunan dövr ərzində fiziki və hüquqi şəxslərin müraciətləri əsasında qeyri-yaşayış sahələrinin qazlaşdırılması üçün 2484 ədəd, iyul ayında isə 344 ədəd texniki şərt verilib.