Həftənin ilk iş günündə “Səyyar qəbul otağı”nın yeni müraciətçiləri Qazax rayonunun sakinləri olub.
"Azəriqaz"dan Lent.az-a verilən məlumata görə, 10-a yaxın sakinin dilindən səslənən müraciətlər müxtəlif istiqamətləri əhatə edib.
Nina Osmanova debitor borcun hissə-hissə ödənilməsinə razılığın verilməsini xahiş etdiyi halda, Yunis Nəsibov qaz xəttinin yerinin dəyişdirilməsini istəyib. Sənəm Mehmanovanın müraciəti isə qaz sayğacının yerinin dəyişdirilməsindən ibarət olub.
Vətəndaşlar tərəfindən səsləndirilən müxtəlif mövzulardakı digər müraciətlər də Şəmkir RQİİ-nin səlahiyyətli nümayəndələri tərəfindən dinlənilərək qeydiyyata alınıb.