ABB “Fayda Max” loyallıq proqramının ən yüksək və eksklüziv mərhələsi olan “Prime”-ı təqdim edir! “Prime” mərhələsi ABB-nin loyal və imtiyazlı müştəriləri üçün yaradılıb. Bu mərhələni tamamlayan müştərilər sadəcə keşbek və bonuslardan deyil, eksklüziv xidmətlərdən və üstün təcrübələrdən də faydalanacaqlar:
- “OneRepublic” qrupunun konsertinə 2 bilet hədiyyə!
 - Skybox biletləri ilə kinoteatrlarda VIP təcrübə!
 - İstanbul və Dubay hava limanlarında xüsusi qarşılama xidməti!
 - Xaricdə pulsuz roaminq!
 - Özəl restoranlarda səhər və şam yeməyi!
 - “Afternoon tea” və “premium brunch”lar!
 - SPA və Wellness xidmətləri!
 - Golf dərsləri və fərqli idman tədbirləri!
 
İmtiyazlar bununla bitmir. Sizi gözləyən başqa üstünlüklər də var:
- Filiallarda növbəsiz xidmət!
 - Məlumat Mərkəzində növbəsiz xidmət!
 - İnvestisiyalarda 30% keşbek!
 - DigiDeposit gəlirinə 10% keşbek!
 - 1.3x “Faydalı keşbek” - qazandığınız “Faydalı keşbek” məbləği 1.3 əmsalı ilə artırılır, daha çox gəlir əldə edirsiniz!
 - Onlayn kredit ödənişi faizinə 10% keşbek!
 - Ölkədaxili digər bankların debet kartlarına aylıq 30 000 AZN-ə qədər komissiyasız köçürmə imkanı!
 - 2x “ƏDV geri al”!
 
"Prime” mərhələsi 1 martdan aktivdir. Bu mərhələyə keçmək üçün ya “Qızıl” mərhələni üç dəfə tamamlamalı, ya da ABB-nin imtiyazlı müştərilərindən olmalısınız. “Fayda Max” proqramı barədə ətraflı məlumatları buradan əldə etmək mümkündür.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.