ÇL-də 1/8 final həyəcanı başladı
14 fevral 2018 01:52 (UTC +04:00)

ÇL-də 1/8 final həyəcanı başladı

Çempionlar Liqasında (ÇL) 1/8 final həyəcanı başlayıb. Apasport.az saytının məlumatına görə, mərhələnin ilk iki oyunu keçirilib.

 

 

ÇL-in son finalçısı “Yuventus” Premyer Liqanın iddialı komandalarından “Tottenhem”i qəbul edib. Tərəflərin avrokuboklarda ilk duelləri kimi tarixə düşən qarşılaşma bərabərliklə başa çatıb. 16 oyundu məğlubiyyət üzü görməyən və son 11 matçın hamısında qələbə qazanan "qoca sinyora" 2 qol fərqi ilə önə keçdiyi matçda üstünlüyünü qoruya bilməyib. Səfərdən sərfəli heç-heçə ilə qayıdan "Tottenhem" isə cavab oyunu öncəsi böyük üstünlük qazanıb.

 

 

Digər qarşılaşmada isə “Bazel” Çempionlar Liqasının favoritlərindən olan “Mançester Siti”ni qəbul edib. “Şəhərlilər” səfərdə darmdağına sevinib. Qvardiolanın komandası 4 cavabsız qolla cavab oyununu formallığa çevirib.

 

 

Çempionlar Liqası

 

1/8 final mərhələsi, ilk oyunlar

 

 

13 fevral

 

“Yuventus” (İtaliya) – “Tottenhem” (İngiltərə) - 2:2

 

Qollar: İquayn, 2, 9 (pen.) - Keyn, 35, Eriksen, 72

 

Baş hakim: Feliks Brix (Almaniya)

 

"Yuventus" stadionu, Turin

 

 

“Bazel” (İsveçrə) – “Mançester Siti” (İngiltərə) - 0:4

 

Qollar: İlkay, 14, 53, Silva, 18, Aquero, 23

 

Baş hakim: Yonas Eriksson (İsveç)

 

"Sankt-Yakob Park", Bazel

 

# 260
avatar

Oxşar yazılar

"Bavariya"nın turnirlərdə  qalib gəlmə şansından   DANIŞDI

"Bavariya"nın turnirlərdə qalib gəlmə şansından DANIŞDI

4 mart 2024 , 18:49
PSJ rəhbərliyinin Mbappedən  yeni istəyi

PSJ rəhbərliyinin Mbappedən yeni istəyi

4 mart 2024 , 15:22
Ronaldonun sevgilisi  model kimi   debüt etdi -  FOTOLENT

Ronaldonun sevgilisi model kimi debüt etdi - FOTOLENT

4 mart 2024 , 11:43
İkardidən derbi paylaşımı -FOTO

İkardidən derbi paylaşımı -FOTO

4 mart 2024 , 11:10
Almaniya millisinin çalışdırıcısı “Barselona” yolunda

Almaniya millisinin çalışdırıcısı “Barselona” yolunda

4 mart 2024 , 09:45
Cüdo millimiz Avropa Kubokunda BİRİNCİ OLDU

Cüdo millimiz Avropa Kubokunda BİRİNCİ OLDU

4 mart 2024 , 00:21
"Mançester Siti" "qırmızı şeytanlar"ı məğlub etdi

"Mançester Siti" "qırmızı şeytanlar"ı məğlub etdi

3 mart 2024 , 23:29
"Beşiktaş" - "Galatasaray": 0-1

"Beşiktaş" - "Galatasaray": 0-1

3 mart 2024 , 22:15