Tokio-2020:  Azərbaycan millisinin 2 idmançısı qüvvəsini sınayacaq
29 iyul 2021 00:03 (UTC +04:00)

Tokio-2020: Azərbaycan millisinin 2 idmançısı qüvvəsini sınayacaq

Tokio-2020 Yay Olimpiya Oyunları davam edir.

Apasport.az saytının məlumatına görə, yarışın 7-ci günündə 17 dəst medal sahibini tapacaq.

Bu mükafatlardan birinə Azərbaycan idmançısı da iddia edir. Cüdoçu Zelim Kotsoyev ölkəmizə ilk medalı qazandırmaq üçün mübarizəyə qoşulacaq.

Bu gün qüvvəsini sınayacaq 2-ci Azərbaycan təmsilçisi isə Məhəmməd Abdullayevdir. Boksçumuz Tokioda ikinci görüşündə də qələbə qazanmaq üçün rinqə çıxacaq.

29 iyul
06:00. Cüdo. Kişilər, 100 kq. 1/16 final. Zelim Kotsoyev – Aleksandr İddir (Fransa)
07:03. Boks. Kişilər, +91 kq. 1/8 final. Məhəmməd Abdullayev – Bahodir Calolov (Özbəkistan)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1926
avatar

Oxşar yazılar