"Sabah" ÇEMPİONLAR LİQASINDA
25 avqust 2026 23:24 (UTC +04:00)

"Sabah" ÇEMPİONLAR LİQASINDA

0

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib.

Apasport.az xəbər verir ki, Azərbaycan çempionu “Sabah” Bakıda İsrailin “Hapoel” (Beer-Şeva) klubu ilə qarşılaşıb.

Hesabda geri düşən komandamız geridönüş etməyi bacarıb. Ardıcıl qollar vuran "bayquşlar" adını Çempionlar Liqasının liqa mərhələsinə yazdırıb.

Qeyd edək ki, komandalar arasında Buxarestdə keçirilən ilk oyun “Hapoel”in 2:1 hesablı qələbəsi ilə başa çatıb.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, cavab oyunu

 “Sabah” – “Hapoel” (Beer-Şeva) 5:2

Qollar: Nvaçukvu, 38, Raxmonaliyev, 74, Mütəllimov, 90+4, Mbina, 101, Mikels, 115 - Zlatanoviç, 10, Mizrahi, 61

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 279

Oxşar yazılar