Rüstəm Orucov Azərbaycan tarixində 8-ci bayraqdar olacaq -  SİYAHI
25 iyun 2021 15:51 (UTC +04:00)

Rüstəm Orucov Azərbaycan tarixində 8-ci bayraqdar olacaq - SİYAHI

Azərbaycan yığmasının Olimpiya Oyunlarındakı bayrağını 3-cü dəfə cüdoçu daşıyacaq.

Apasport.az saytının məlumatına görə, Tokio Yay Olimpiya Oyunlarının açılış mərasimində bayrağımızı dalğalandıracaq Rüstəm Orucova qədər iki cüdoçu bu şərəfə nail olub.

O, həm də yığma tarixinə 8-ci bayraqdar kimi düşəcək. 1996-cı ildə ilk bayraqdar kimi tarixə Nazim Hüseynov düşüb. 16 ildən sonra Elnur Məmmədli də eyni vəzifəni daşıyıb.

Hər iki cüdoçu 4 il öncə çempion olduqdan sonra bayrağı daşıyıb. Lakin onlar nəinki titullarını qoruyub, heç mükafatçılar sırasına da düşməyiblər.

Ümumiyyətlə, əvvəlki yeddi Olimpiya Oyunlarından yalnız birində bayraqdar sonradan medal qazanıb. Bu, 2000-ci ildə çempionluq yaşayan Namiq Abdullayevdir. Digər təmsilçilərimiz isə bayraq daşıdığı turnirdə mükafat qazana bilməyiblər.

Cüdo yığması olimpiyaçıların siyahısında mütləq rekordçudur. Rüstəm 3-cü bayraqdar cüdoçu olacaq. Digər növlər isə hərəyə bir dəfə bunu bacarıb. Düzdür, iki güləşçi buna nail olub. Lakin onlardan biri sərbəst, digəri yunan-Roma güləşçisidir.

Olimpiya yığmamızın bayraqdarları

1996. Nazim Hüseynov (cüdo)

2000. Namiq Abdullayev (sərbəst güləş)

2004. Nizami Paşayev (ağırlıqqaldırma)

2008. Fərid Mansurov (yunan-Roma güləşi)

2012. Elnur Məmmədli (cüdo)

2016. Teymur Məmmədov (boks)

2020. Rüstəm Orucov (cüdo)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1110
avatar

Oxşar yazılar