Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo milli komandanın oyunlarından müvəqqəti uzaqlaşdırılıb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, Portuqaliya Futbol Federasiyasının İntizam Şurası Kriştiano Ronaldo barəsində intizam araşdırmasına başlayıb. Futbolçu rəsmi olaraq oyunlardan uzaqlaşdırılıb”.
Sentyabrın 30-da Portuqaliya Futbol Federasiyasının prezidenti Pedro Proensa Kriştiano Ronaldo ilə milli komandanın baş məşqçisi Jorje Jezuş arasında yaranmış münaqişəni həll etmək üçün Kopenhagenə gedib.
Daha sonra Ronaldo baş məşqçi ilə mübahisə etdiyinə görə milli komandanın düşərgəsini özbaşına tərk edib.
41 yaşlı futbolçu UEFA Millətlər Liqasında Norveçə qarşı keçirilən oyunda baş məşqçinin qərarı ilə heyətə daxil edilmədikdən sonra millinin son üç məşqinə qatılmayıb.
Jorje Jezuş mətbuat konfransında Ronaldonun Danimarka ilə qarşıdakı oyunda iştirakına zəmanət vermədiyini bildirib. Bundan sonra portuqaliyalı ulduz hava limanına yollanaraq şəxsi təyyarəsi ilə ölkəni tərk edib.