“Mançester Siti”nin baş məşqçisi Xose Qvardiola ispaniyalı yarımmüdafiəçi Rodriyə nə qədər ehtiyac duyduqlarını açıqlayıb.
Lent.az xəbər verir ki, baş məşqçi Rodrini dərhal qaytarmaq istədiyini qeyd edib:
“O, iki il əvvəl dünyanın ən yaxşı oyunçularından biri və əsas futbolçumuz idi. Onunla birlikdə üç titul qazandıq və o, 70 oyunda iştirak etdi. İstəyirik ki, o, dərhal qayıtsın. O da qayıtmaq istəyir, mən onu qorumaq istəyirəm. Riskləri minimuma endirməliyik. O qayıtmaq istəyir, mən də istəyirəm. Bir komanda ən yaxşı oyunçusuz bir il yarım necə əziyyət çəkməsin? Hamı çətinlik çəkərdi. Rodri meydanda olanda tam fərqli səviyyədə futbolçudur.
Amma mən istəyirəm ki, o qayıdanda əvvəlcə bir növ hazırlıq dövrü keçsin. Çünki çarpaz bağ zədəsi kimi ağır travmadan sonra bədən əvvəlki kimi olmur. Amma mən istəyirəm ki, o tam sağlam formada qayıtsın”.
Rodri İngiltərə Premyer Liqasının 7-ci turunda “Brentford”la oyunda dizində çarpaz bağ qopması zədəsi alıb və uzun müddət bərpa olunurdu.
