“Neftçi” PFK ilə Vensan Abubakar, Edvin Kuç və Kristian Kostin arasında başa çatan müqavilələr yenilənməyib.
Lent.az bildirir ki, bu barədə “Neftçi” məlumat yayıb.
2025-ci ilin oktyabrında transfer olunmuş Abubakar “ağ-qaralar”ın heyətində 18 rəsmi matç keçirib, 9 qol vurub. O, Premyer Liqada meydana çıxdığı 16 oyunda 7 qola imza atmaqla, ortalama qol sayına görə 2025/26 mövsümünün ən yaxşılarındandır.
2024-cü ilin yayında transfer olunmuş Kuç “ağ-qaralar”ın heyətində 44 rəsmi oyun keçirib, 1 qol vurub.
Kostin isə 2025-ci ilin yayından bu yana 7 rəsmi matçda forma geyinib.