“Milan" rekordunu təkrarladı
27 oktyabr 2021 14:59 (UTC +04:00)

“Milan" rekordunu təkrarladı

“Milan" İtaliya A seriyasının X turunda “Torino”nu 1:0 hesabı ilə məğlub edib.

Apasport.az saytının məlumatına görə, bu, “rossonyerlər”in cari mövsümdə 9-cu qələbəsidir.

Mövsümün ilk 10 turunda 9 qalibiyyətə sevinən Stefano Piolinin yetirmələri 1954/55 mövsümündəki rekordu təkrarlayıb. 67 il əvvəl Bel Quttmannın rəhbərliyi altında milanlılar eyni göstəriciyə imza atıb. Həmin vaxt komanda ölkə çempionluğunu qazanıb.

Qeyd edək ki, “Milan” hazırda 28 xalla turnir cədvəlinə başçılıq edir.

# 7587
avatar

Oxşar yazılar