Benua Badiaşile indi bundan sonra “Çelsi”də çıxış edəcək.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, London klubu "Monako"nun futbolçusunun transferini rəsmən açıqlayıb və artıq onu öz oyunçusu kimi təqdim edib.
Transferin məbləği açıqlanmasa da, əvvəllər “Monako”nun mərkəz müdafiəçisi üçün təxminən 38 milyon avro aldığı bildirilirdi.
Eyni zamanda, “aristokratlar”ın mətbuat xidməti oyunçunun “Çelsi” ilə imzaladığı uzunmüddətli müqaviləni açıqlayıb. Müqavilə 7,5 il müddətinə nəzərdə tutulub və yalnız 2030-cu ilin yayında başa çatacaq.
Qeyd edək ki, “Monako”nun heyətində 21 yaşlı fransız 135 oyun keçirib, 6 qol vurub və iki məhsuldar ötürmə edib.