5 milyondan çox azarkeş  Argentinanın Dünya çempionatından kənarlaşdırılmasını  tələb edir
14 iyul 2026 16:00 (UTC +04:00)

5 milyondan çox azarkeş Argentinanın Dünya çempionatından kənarlaşdırılmasını tələb edir

0

5 milyondan çox azarkeş Argentina milli komandasının Dünya çempionatından kənarlaşdırılmasını tələb edən petisiya imzalayıb.

Lent.az-ın xarici mediaya istinadən məluamtına görə, azarkeşlər Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasını (FIFA) dünya çempionu Argentinaya və xüsusən də komandanın kapitanı Lionel Messiyə qeyri-obyektiv olmaqda günahlandırıblar.

"Qalib artıq müəyyən edilibsə, dünyanın qalan hissəsi niyə Dünya çempionatında iştirak etməlidir? Argentina kənarlaşdırılsın və bütün digər komandalara bərabər şans verilsin", - petisiya mətnində vurğulanır.

Argentina iyulun 15-də Dünya çempionatının yarımfinalında İngiltərə ilə qarşılaşacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 286

Oxşar yazılar