Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Serbiya Respublikasına rəsmi səfəri başa çatıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 18-də Serbiya Respublikasının prezidenti Tomislav Nikoliç qəbul edib. Görüş zamanı Müdafiə naziri rəsmi səfərinin uğurla keçdiyini vurğulayaraq, Azərbaycan və Serbiya Respublikalarının prezidentlərinin səyləri nəticəsində əlaqələrin sürətlə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə çatmasından məmnunluğunu bildirib.
Müdafiə naziri bu səfərin hərbi sahədə əməkdaşlığa mühüm töhfə verəcəyinə ümidvar olduğunu qeyd edib. Fevralın 18-də Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Vətənə dönüb.